Azərbaijan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının ingilis dilini tədris edən müəllimləri üçün “Danışıq vaxtının maksimuma çatdırılması” mövzusunda seminar keçirilib.
Kafedra müdiri professor Səbinə Alməmmədovanın redaktorluğu ilə təşkil olunan seminar və təlim ABŞ-nin ingilis dili üzrə təqaüdçüsü Cordan Teylor Braun tərəfində aparılıb. Tədbirin fəxri qonağı isə ingilis dili üzrə ekspert Tiffani Tillman olub. Professor-müəllim heyəti seminar zamanı dünya təcrübələri ilə tanış olmaq və danışıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş praktik fəaliyyətlərdə iştirak etmək imkanı əldə ediblər.
Seminarın nəticəsi olaraq iştirakçılar əldə etdikləri metod və yanaşmaları öz dərslərinə inteqrasiya edərək fərdi dərs planları hazırlayıblar.
Sonda iştirakçılara sertifikat təqdim olunub.