Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

“Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

06.06.2024     261     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) olub.

Qonaqlar “Teleradio” İB-nin baş direktor vəzifəsini icra edən Elman Həsənovla görüşüblər. Rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb. Müvafiq ixtisaslarda təhsil alan tələbələrin “Teleradio” İB-də təcrübəyə cəlb olunması, birgə tədqiqatlarda iştirakla bağlı məsələlər müzakirə olunub.

Elman Həsənov tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində birgə yeni tədris proqramının hazırlanmasının vacibliyini vurğulayıb.

Daha sonra Bakı Teleqüllə Kompleksində yerləşən istehsalat sahəsinə baxış keçirilib.

Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə bu cür görüşlərin qarşılıqlı və davamlı olmasının əhəmiyyəti diqqətə çatdırılıb.


Digər xəbərlər