Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Sağlam ruh, sağlam cəmiyyət naminə” adlı psixoloji maarifləndirici forum keçirilib

“Sağlam ruh, sağlam cəmiyyət naminə” adlı psixoloji maarifləndirici forum keçirilib

21.05.2024     196     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Sağlam ruh, sağlam cəmiyyət naminə” psixoloji maarifləndirici forum keçirilib.

Məqsəd gənclərin psixoloji maariflənməsinə dəstək göstərmək, yaşlı nəslin təcrübəsini onlara ötürmək, hər iki nəslin qarşılıqlı disskusiyasını təmin etmək olub.

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, şəhid anaları, qazilər, tədris mərkəzlərinin rəhbərləri, psixoloqlar, təhsil ekspertləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.

Forumda psixoloji sağlamlığın əsasları, eyni zamanda milli ruhun, sağlam qidalanmanın və sağlam düşüncənin özəlliyindən söhbət açılıb.

Tədbir bədii hissə ilə davam edib.


Digər xəbərlər