Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
“Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!!
İnsanları xeyirxahlığa, birliyə, humanizmə, mərhəmətə, milli-mənəvi dəyərlərə sadiqliyə dəvət edən müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!
Müsəlman aləmi üçün əziz olan bu bayramda kəsdiyiniz qurbanların və etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını arzulayıram!
Müqəddəs Qurban bayramı ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin!
Bayramınız mübarək olsun!