Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

19.11.2024     508     AzTU

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. 

Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında danışıb. Rektor həmçinin Bakıda keçirilən COP29 tədbirləri və orada müzakirə olunan məsələlərin önəmini qeyd edib.

Daha sonra rektor bildirib ki, AzTU NUST-la “Quacquarelli Symonds” (QS), Dayanıqlı İnkişaf Məqsədləri (SDG), süni intellekt, kibertəhlükəsizlik sahələrində, habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetlərlə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır.


Digər xəbərlər