Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “GreenTech Horizons” layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib

“GreenTech Horizons” layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib

10.02.2025     202     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində icra edilən “Şərqi, Mərkəzi Asiya və Asiyada qonşuluqda təhsil və innovasiya vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviq edilməsi” (GreenTech Horizons) layihəsinin növbəti onlayn görüşü keçirilib.

Görüş zamanı layihə tapşırıqlarının icrası vəziyyəti barədə ətraflı məlumatlar verilib, əldə olunan nəticələr barədə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihənin icrasında izlənilən çətinliklər və növbəti aylarında planlaşdırılan tədbirlər barədə məlumatlar verilib. 

Görüşdə layihənin meneceri AzTU-nun Elektrotexnika kafedrasının müdiri Hikmət Əliyev və Beynəlxalq layihələrin idarə olunması sektorunun əməkdaşları iştirak edib.


Digər xəbərlər