Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə layihənin tərəfdaş universitetləri, o cümlədən Azərbaycanın digər ali təhsil müəssisələrinin rektor, prorektorları, kafedra və kitabxana rəhbərləri iştirak ediblər.
“Açıq giriş və elm diplomatiyası” mövzusunda keçirilən tədbirdə əvvəlcə DIRNA layihəsinin məqsədi, fəaliyyəti və başlandığı dövrdən bu günə qədər görülən işlər haqqında tərəfdaşlara ətraflı məlumat verilib.
Tədbir İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baranın "Açıq giriş və elm diplomatiyası" mövzusunda çıxışı ilə davam edib. Daha sonra İYTE kitabxana direktoru Gültekin Gürdal “Araşdırmanızın sərhədlərini aşın: açıq giriş ilə fərq yaradın” mövzusunda çıxış edib.
Tədbirdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyala Hacıyeva və beynəlxalq əməkdaşlıq və mübadilə üzrə qrup rəhbəri Mənzər Məmmədli təmsil edib.