Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Beynəlxalq elmi nəşriyyatın nümayəndəsi AzTU-da seminar keçib

Beynəlxalq elmi nəşriyyatın nümayəndəsi AzTU-da seminar keçib

15.05.2025     54     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) nüfuzlu “Springer Nature” beynəlxalq elmi nəşriyyatının vitse-prezidenti Aliaksandr Birokou tərəfindən seminar təşkil olunub. “Springer Nature” ilə beynəlxalq nəşr imkanları: Azərbaycan üçün perspektivlər” mövzusunda keçirilən seminarda AzTU-nun akademik heyəti fəal iştirak edib, iştirakçılar elmi məqalələrin beynəlxalq jurnallarda dərc olunması, açıq giriş (Open Access) modelləri, konfrans materiallarının nəşri və “Springer Nature” tərəfindən təqdim olunan digər nəşr imkanları haqqında ətraflı məlumat əldə ediblər.

Seminar zamanı Birokou “Springer Nature” beynəlxalq elmi nəşriyyatı və onun iş prinsipləri haqqında məlumat verib. Daha sonra qonaq Azərbaycan alimlərinin beynəlxalq elmi platformalarda təmsil edilməsinin artırılması yolları və regiona xas tədqiqat mövzuları üzrə nəşr strategiyaları barədə fikir mübadiləsi aparıb. O bildirib ki, Azərbaycandan bir çox universitetlərin nəşrləri onların bazasında yer alır, AzTU isə bu bazaya 474 nəşrlə daxil olub. Azərbaycandan ən çox müraciət edilmiş tədqiqat mövzuları əsasən fizika, kimya, tətbiqi riyaziyyat, informatika və kompüter elmləri, mühəndislik və s. kimi sahələrdən seçilib.

Seminarın sonunda AzTU-nun professor-müəllim heyətinin sualları cavablandırılıb.


Digər xəbərlər