Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən bədii yaradıcılıq müsabiqə-festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 561a qrupunun tələbələri Rüqəyya İsalı “Vokal xalq mahnıları” nominasiyası üzrə 3-cu yer, “Xalq çalğı alətləri sənəti” nominasiyası üzrə Batuhan Eroğlu - 1 ci yerin qalibi olublar.
Tədbirdə qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.
Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar.