AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov Pakistana səfər çərçivəsində bu ölkənin ən gənc texnoloji ali təhsil müəssisələrindən olan Milli Texnologiya Universitetinin (MTU) rektoru Moazzam Ecaz və professor-müəllim heyəti ilə görüşüblər.
Pakistanda peşəyönümlü təlim xidmətləri sahəsində qabaqcıl ali təhsil müssəsisəsi olan MTU-nun bu sahədə zəngin təcrübəsi üzrə təqdimatlarla tanışlıq olub və maddi-texniki bazasına baxış keçirilib.
Birgə mövcud peşəyönümlü ixtisaslar üzrə sertifikasiya proqramlarının dərhal icrası, eləcə də bu istiqamətdə sənaye tələbləri əsasında yeni diplom və müxtəlif müddətli sertifikasiya proqramlarının birgə hazırlanması barədə razılığa gəlinib.