Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduzla qiymətləndirilib

AzTU “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduzla qiymətləndirilib

14.04.2025     271     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb.

Bu mühüm nailiyyət AzTU-nun tədris, tədqiqat, idarəetmə, müxtəliflik, bərabərlik və inklüzivlik, məzun məşğulluğu, infrastruktur təminatı, beynəlxalq əməkdaşlıq, sosial təsir, innovasiya və bilik transferi kimi əsas fəaliyyət istiqamətlərində beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

“QS Stars” sistemi ali təhsil müəssisələrinin güclü və inkişaf potensialı olan sahələrini obyektiv meyarlarla qiymətləndirərək onların qlobal səviyyədə tanınmasına dəstək verir.

Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.


Digər xəbərlər