Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Sübhan Namazov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Sakarya Tətbiqi Elmlər Universitetində (SUBÜ) inzibati heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.
Sübhan Namazov SUBÜ-nün rektoru Mehmet Sarıbıyıkla görüşüb, universitetdə görülən işlərlə tanış olub.
Həmçinin iki universitet arasında əməkdaşlıq və mümkün birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
SUBÜ prorektorları Sinan Serdar Özkan, Ali Fuat Boz və Oğuz Türkay və Robot Texnologiyaları və Ağıllı Sistemlərin Tətbiqi və Araşdırması Mərkəzinin (ROTASAM) direktoru Gökhan Atalının da iştirakı ilə rektor Mehmet Sarıbıyık tərəfindən imzalanan AzTU və SUBÜ arasında əməkdaşlıq müqaviləsi daha sonra AzTU-da rektor Vilayət Vəliyev tərəfindən imzalanıb.