Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun nümayəndə heyəti Polis Akademiyasında olub

AzTU-nun nümayəndə heyəti Polis Akademiyasında olub

14.04.2022     622     Arxiv

Azərbaycan Texniki Universiteti (AzTU) ilə DİN-in Polis Akademiyası arasında əməkdaşlıq inkişaf etdirilir.

Əməkdaşlıq çərçivəsində AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Kamran Rəsulov, Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, həmçinin universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Polis Akademiyasında olub.

Görüş zamanı qonaqlara Akademiyanın tarixi, burada aparılan təlim-tədris prosesi haqqında məlumat verilib. Akademiyanın tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.

DİN-in Polis Akademiyasının ötən müddət ərzində ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçirdiyi qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlandığı, maddi-texnki bazanın ən müasir tələblərə cavab verdiyi, dünyanın bir sıra digər ölkələrinin analoji təhsil müəssisələri ilə əlaqələrin, həmçinin təhsil və təcrübə mübadiləsinin də daim inkişaf etdirildiyi xüsusilə vurğulanb.

Görüş zamanı AzTU tələbələrinə o da bildirilib ki, yüksək nəzəri biliklərin əldə edilməsi və yaradıcılıq vərdişlərinin formalaşdırılması üçün tələbələrin elmi- tədqiqat işinə cəlb olunması akademiyanın fəaliyyətinin mühüm istiqamətlərindən biridir.

AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov görüşdən mənmunluğunu ifadə edib və səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirib.

   

   

 



Digər xəbərlər