Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri Rəvan Əlizadə (Ankara Universiteti ilə ikili diplom proqramı, ixtisas: kompüter mühəndisliyi (tədris ingilis dilində)) və Selcan Kərimli (ixtisas: kompüter mühəndisliyi (tədris ingilis dilində)) “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Heydər Əliyev adına təqaüd” ali təhsil müəssisələrində bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə verilir.
Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.