Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə uyğun olaraq əvvəlcə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov universitetdə sosial fəaliyyət işinin vəziyyəti və təkmilləşdirilməsi barədə təqdimatla çıxış edib. Daha sonra elm və innovasiya üzrə prorektor, professor Çetin Elmasın AzTU-da birillik fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı hesabatı dinlənilib.
İclas təşkilati məsələlərin müzakirəsi ilə davam edib.