Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Pakistanın İslamabad Vəqf Universiteti arasında anlaşma memorandumu imzalanıb

AzTU ilə Pakistanın İslamabad Vəqf Universiteti arasında anlaşma memorandumu imzalanıb

08.05.2025     44     AzTU

 

Pakistan İslam Respublikasının İslamabad Vəqf Universitetinin (FUI) rektoru Muhammad Kaleem Asifin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU-da son illər həyata keçirilən layihələrdən danışıb. Rektor Azərbaycanla Pakistan universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

FUI rektoru Muhammad Kaleem Asif təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlərdən və yeniliklərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Daha sonra iki universitet arasında anlaşma memorandumu imzalanıb.

 


Digər xəbərlər