Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Tailandda Qlobal Davamlı İnkişaf Konqresində iştirak ediblər

AzTU əməkdaşları Tailandda Qlobal Davamlı İnkişaf Konqresində iştirak ediblər

20.06.2024     206     AzTU

Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Davamlı İnkişaf Konqresi keçirilib. Konqres dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovatorun “Davamlı inkişaf”la bağlı müzakirələrini əhatə edib.

Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunub.

Konqresində Azərbaycan Texniki Universiteti (AzTU) uğurla iştirak edib. Universiteti tədbirdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.  AzTU əməkdaşları  4 gün davam edən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində bir neçə dövlət və özəl qurmların nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə reytinqlər (QS və THE) və eyni zamanda elmi-tədqiqat sahəsində əməkdaşlıq detalları müzakirə olunub.


Digər xəbərlər