Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Qazaxıstanda forumda iştirak edib

AzTU əməkdaşları Qazaxıstanda forumda iştirak edib

14.10.2024     524     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin dekanı Malik Qarayev və Kompüter texnologiyaları kafedrasının dosenti Natiq Əhmədov Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən “Sovet və Rusiya ali təhsil müəssisələri məzunlarının forumu”nda iştirak edib.

Foruma eyni zamanda MDB ölkələrinin ali təhsil və səhiyyə sahələrində, dövlət orqanlarında çalışan nümayəndələri, həmçinin məzunlar assosiasiyasının MDB dövlətlərindən olan rəhbərləri və üzvləri qatılıb.

Malik Qarayev “Elm-təhsil əməkdaşlığı, birgə elmi tədqiqatların aparılması, sənaye-təhsil əməkdaşlığının inkişaf etdirilməsi” adlı dəyirmi masada “Elm və təhsil sahəsində inkişaf perspektivləri və əməkdaşlığın əsas istiqamətləri” adlı məruzə ilə çıxış edib. Forum çərçivəsində “Ali təhsil sistemində menecment” mövzusunda təlimdə iştirak edən AzTU əməkdaşlarına  “İxtisasartırma haqqında” vəsiqə təqdim olunub.


Digər xəbərlər