Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi keçirilib

AzTU-da “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi keçirilib

11.10.2024     540     AzTU

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AzTU Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi həyata keçirilib.

İki gün davam edən layihədə 200-dən çox tələbə iştirak edib. Tələbələrə yol hərəkəti qaydaları, son illərdə baş verən yol-nəqliyyat hadisələri və onların əsas səbəbləri barədə geniş məlumat verilib. İştirakçılara AzTU-nun Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov tərəfindən mövzu ilə əlaqədar təlimlər keçirilib, həmçinin tələbələrə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Layihəni uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilib.


Digər xəbərlər