Ölkəmizə səfər edən Monqolustan Gimnastika Federasiyasının icraçı direktoru və baş katibi, Monqolustan Elm və Texnologiya Universitetinin professoru Yeruulbat Galbadrakhın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.Görüşdə iki universitet arasında bərpa olunan enerji, nəqliyyat və logistika, sənaye, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Monqolustanlı qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Qeyd olunub ki, universitetlər arasında əməkdaşlıq əlaqələrinin yaranması hər iki ölkənin elm və təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək.