Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

21.05.2024     291     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib. 

Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və AzTU-da alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl açılış nitqi ilə çıxış ediblər. AzTU-DAAD əməkdaşlığının perspektivi və burada alman dilinin təşviqi ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra AzTU-nun alman dili qruplarında təhsil alan tələbələri Almaniyanın milli adətləri, şəhərləri və texniki universitetləri barədə təqdimatla çıxış ediblər. Həmçinin alman dilində mahnı və şeirlər səsləndirilib, rəqslər təqdim olunub.

Tədbir çərçivəsində AzTU-nun foyesində alman mətbəxinə məxsus təamlar nümayiş etdirilib.

Sonda iştirakçılar Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmisiniz” filmini izləyiblər.


Digər xəbərlər