Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Texniki Universiteti ilk dəfə “QS 2026 Dünya Universitetlərinin Reytinqi”ndə TOP 1000-də yer aldı

Azərbaycan Texniki Universiteti ilk dəfə “QS 2026 Dünya Universitetlərinin Reytinqi”ndə TOP 1000-də yer aldı

19.06.2025     248     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsildə qlobal səviyyədə mühüm uğura imza atıb. Belə ki, universitet ilk dəfə “QS World University Rankings 2026” (QS 2026 Dünya Universitetlərinin Reytinqi) siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında qərarlaşıb. AzTU reytinqdə 851–900 aralığında yer alıb.

Bu nəticə, AzTU-nun son illərdə həyata keçirdiyi sistemli islahatların və tədris-elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin göstəricisidir. Universitetin tətbiq etdiyi məqsədyönlü strategiya, elmi potensialın gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və sənaye ilə inteqrasiya olunmuş tədris modeli, AzTU-nun qlobal reytinqdə tanınmasına şərait yaradıb.

Qeyd edək ki, QS World University Rankings dünyanın ən nüfuzlu və etibarlı ali təhsil reytinqlərindən biridir. Hər il bu reytinq çərçivəsində minlərlə universitet müxtəlif kriteriyalar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarlarına akademik nüfuz, elmi tədqiqatların təsiri, işəgötürənlərin universitet məzunlarına verdiyi dəyər, tələbə-müəllim nisbəti, sitat sayı və beynəlxalq tələbə və müəllim heyətinin payı daxildir. AzTU-nun bu göstəricilər üzrə topladığı nəticələr, universitetin qlobal ali təhsil məkanında rəqabətqabiliyyətli bir elm və tədris müəssisəsinə çevrildiyini nümayiş etdirir.

Builki reytinq nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir.

Belə ki, Azərbaycandan reytinqə düşən universitetlərin sayı, digər Cənubi Qafqaz ölkələrinin birlikdə əldə etdiyi nəticədən 3 dəfə çoxdur.

AzTU-nun bu uğuru həm milli ali təhsil sisteminin inkişafına, həm də Azərbaycanın beynəlxalq elm və təhsil məkanındakı nüfuzunun daha da möhkəmlənməsinə töhfə verir.


Digər xəbərlər