Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Arxiv

AzTU-nun professor-müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilən ümumxalq yürüşündə Azərbaycan Texniki Universitetinin  professor-müəllim və tələbə heyəti də iştirak edib. AzTU-nun professor-müəllim və tələbə heyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət edib və abidənin önünə qərənfil dəstələri qoyublar.İştirakçılar insanlığa qarşı törədilmiş bu cinayət qurbanlarının əziz xatirəsini  ehtiramla yad ediblər. Paytaxtın Azadlıq meydanından başlayan  ümumxalq yürüşündə universitetin 500-dən çox müəllim, tələbə və əməkdaşı iştirak edib. Ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.                                           

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilən ümumxalq yürüşündə Azərbaycan Texniki Universit ..

2017-02-26
Arxiv

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Azərbaycan Texniki Universitetində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.Əvvəlcə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasimi ilk çıxışı ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov XX əsrin faciəsi olan Xocalı soyqırımının  heç vaxt unudulmadığını və dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını bildirib. Rektor həmin faciədə Xocalı  Aeroportunun  müdafiəsində  həlak  olan Milli  Qəhrəmanlar  Hikmət  Nəzərli  və  Elçin  Quliyevin  AzTU-nun məzunları olduğunu vurğulayıb. Daha sonra universitetin “İctimai fənlər” kafedrasının baş müəllimi Arif İbrahimov faciənin tarixi faktlarına nəzər salaraq bildirib ki,1992-ci  il  fevral  ayının 25-dən 26-na  keçən  gecə  erməni  cəlladları  Sovet  ordusunun  Xankəndindəki  366-cı  motoatıcı  alayının  tabor  və  bölmələrinin  hərbi  yardımı, 100-ə  yaxın  zirehli  texnikasının  və  şəxsi  heyətlərinin  bilavasitə  iştirakı  ilə  Əskəran  və  Xankəndi  arasındakı  Xocalı  şəhərini  yerlə  yeksan  etdilər. Bu soyqırım  nəticəsində  613  Xocalı  sakini  öldürülmüş, 487  nəfər  əlil  olmuş, 1275  nəfər  girov  götürülmüşdür. Ölənlər  arasında  63  uşaq,  106  qadın,  70  nəfər  qoca var  idi. 8  ailə  tamamilə  məhv  edilmiş, 23 uşaq  hər  iki  valideynini, 130 uşaq  isə  bir  valideynini  itirmiş, 150  nəfərin  isə taleyi  bu  günə qədər də  məlum  deyil. Tədbirdə iştirak edən Xocalı sakini, Xəzər rayon İcra nümayəndəsi İman Allahverdiyev və faciənin canlı şahidi  Nazim Hüseynov həmin günlərdə baş verən qanlı faciələri bir-bir yada salaraq qeyd ediblər ki, düşmən  tanklarının  altında  qalıb məhv edilən  qocaların,  erməni  süngüsünə  keçirilən  südəmər  körpələrin,  əsirlikdə  döyülən,  söyülən, təhqir edilən azərbaycanlıların fəryadı cavabsız  qalmayacaqdır. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qeyd edək ki, tədbirdən sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrın Xocalı soyqırımına həsr olunmuş rəsmləri universitetin foyesində nümayiş olunub.                                                                

Fevralın 24-də Azərbaycan Texniki Universitetində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.Əvvəlcə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad e ..

2017-02-24
Arxiv

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir

  Videonu izlə: BURADAN DAXIL OLARAQ IZLƏYİN                    

Videonu izlə: BURADAN DAXIL OLARAQ IZLƏYİN ..

2017-02-24
Arxiv

TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

TVİNNİNQ layihəsinin xarici ekspertləri fevralın 23-də Azərbaycan Texniki Universiteti tərəfindən layihədə iştirak edən nümayəndələr ilə görüşüblər. Ekspertləri əvvəlcə universitetin rektor əvəzi Xalıq Yahudov qəbul edib və universitetdə layihə üzrə görülən işlərə görə onlara təşəkkür edib. Görüşdə  əsasən universitetdə qiymətləndirmə qrupunun yaradılması, idarəetmə, strateji planlaşdırma, insan resursları və tədqiqat fəaliyyəti üzrə  görülən işlər müzakirə edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə  TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik həyata  keçirir.                              

TVİNNİNQ layihəsinin xarici ekspertləri fevralın 23-də Azərbaycan Texniki Universiteti tərəfindən layihədə iştirak edən nümayəndələr ilə görüşüblər. Ekspertləri əvvəlcə uni ..

2017-02-23
Arxiv

AzTU-da əməkhaqları artırıldı

1. http://modern.az/az/news/125874/#gsc.tab=0MODERN2. http://www.adalet.az/w121484/AzTU-da_%C9%99m%C9%99khaqlar%C4%B1_art%C4%B1r%C4%B1ld%C4%B1_/#.WK19_dKLRp8ADALET3. http://vediinfo.az/index.php?newsid=22779VEDİİNFO4. http://www.salamnews.org/az/news/read/259536SALAMNEWS5. http://fins.az/sosium/916697/daha-bir-universitet-maaslari-artirdi.htmlFİNS.AZ6. http://resmi.az/news/642099/bu-universitetin-muellimlerinin-maasi-artirildi.htmlRESMİ.AZ7. http://publika.az/news/bilik/188873.htmlPUBLİKA.AZ8. http://kaspi.az/az/aztu-da-emekhaqlari-artirildi/KASPİ9. http://turkustan.info/2017/02/22/daha-bir-universitetd%C9%99-%C9%99m%C9%99khaqlari-artirildi/TURKUSTAN.İNFO10. http://vetenim.info/?p=24010VETENIM.INFO11. http://hurriyyet.org/21732-bu-universitetin-muellimlerinin-maashi-artirildi.htmlHURRIYET.ORG12. http://mynews.az/news/social/2996-bu-universitetin-muellimlerinin-maasi-artirildiMYNEWS

1. http://modern.az/az/news/125874/#gsc.tab=0MODERN2. http://www.adalet.az/w121484/AzTU-da_%C9%99m%C9%99khaqlar%C4%B1_art%C4%B1r%C4%B1ld%C4%B1_/#.WK19_dKLRp8ADALET3. http://vediinfo.az/index.php?ne ..

2017-02-23
Arxiv

Xocalı soyqırımı

Texniki Universitetin oxu zalında 3 korpus ikinci mərtəbə (Tələbələrin oxu zalında ) Xocalı soyqırımını əks etdirən sərgi qurulmuşdur. Sərgidə 1992-ci il Xocalıda baş verən bədnam qonşularımız, erməni faşistlərinin törətdiyi soyqırım faktları şəkillər, kitablar, qəzet və jurnal məqalələri ilə əks etdirən sərgi düzəldilmişdir. Oxu zalın gələn tələbələr, sərgi ilə yaxından maraqlanmış sərgi ətrafinda geniş disskussiyalar aparmışlar.2017.02.23.Kitabxananın İnformasiya biblioqrafiya şöbəsi.

Texniki Universitetin oxu zalında 3 korpus ikinci mərtəbə (Tələbələrin oxu zalında ) Xocalı soyqırımını əks etdirən sərgi qurulmuşdur. Sərgidə 1992-ci il Xocalıda baş verən bəd ..

2017-02-23
Arxiv

Azərbaycan Texniki Universitetində Mövlanə Mübadilə Proqramının təqdimatı keçirilib

1.  http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universitetinde_Movlane_Mubadile_Proqraminin_teqdimati_kechirilib-1037218 AZERTAG 2.  http://www.kaspi.az/az/mvlane-mubadile-proqraminin-teqdimati-kecirilib/ KASPİ 3.  http://www.adalet.az/w121402/AzTU-nun_t%C9%99l%C9%99b%C9%99l%C9%99ri_%C3%BC%C3%A7%C3%BCn_%22M%C3%B6vlan%C9%99_M%C3%BCbadil%C9%99%22_Proqram%C4%B1n%C4%B1n_t%C9%99qdimat%C4%B1_ke%C3%A7irilib_/#.WK0fP9KLRp8 ADALET 4.  http://tehsil-press.az/index.php?newsid=18061 TEHSİL-PRESS 5.  http://vediinfo.az/sosial/22739-aztu-nun-telebeleri-uchun-movlane-mubadile-proqraminin-teqdimati-kechirilib.html VEDİİNFO 6.  http://olaylar.az/news/sosial/212038 OLAYLAR 7.  http://voicepress.az/olke/14816-aztu-nun-telebeleri-uchun-movlane-mubadile-proqraminin-teqdimati-kechirilib.html VOİCEPRESS 8.  http://az.arguspost.com/az/linkto/661319 ARGUSPOST 9.  http://azerbaijan.shafaqna.com/AZ/AZ/364840 AZERBAIJAN.SHAFAQNA 10.  http://www.proline-az.com/?id=673825&p=22 PROLİNE-AZ 11.  http://www.azpress.az/index.php?lang=az§ionid=news&id=66718 AZPRESS

1.  http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universitetinde_Movlane_Mubadile_Proqraminin_teqdimati_kechirilib-1037218 AZERTAG 2.  http://www.kaspi.az/az/mvlane-mubadile-proqraminin-teqdimati-ke ..

2017-02-23
Arxiv

Azərbaycan Texniki Universiteti ilə ABŞ-ın Berkli Universiteti arasında memorandum imzalanıb

1.  http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universiteti_ile_ABS_in_Berkli_Universiteti_arasinda_memorandum_imzalanib-1037431 AZƏRTAC 2.  http://www.adalet.az/w121483/AzTU_il%C9%99_AB%C5%9E-%C4%B1n_Berkli_Universiteti_aras%C4%B1nda_memorandum_imzalan%C4%B1b_/#.WK167V_tmko ADALET 3.  http://vediinfo.az/index.php?newsid=22765 VEDİİNFO 4.  http://az.arguspost.com/az/linkto/662865 ARGUSPOST 5.  http://kaspi.az/az/aztu-berkli-timsalinda-amerika-azerbaycan-elmi-elaqeleri/ KASPI 6.  http://xeber100.com/%C9%99m%C9%99kdasliq-haqqinda-memorandum-imzalanib-3/ XEBER100

1.  http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universiteti_ile_ABS_in_Berkli_Universiteti_arasinda_memorandum_imzalanib-1037431 AZƏRTAC 2.  http://www.adalet.az/w121483/AzTU_il%C9%99_AB%C5%9E-%C ..

2017-02-23
Arxiv

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştatında yerləşən Berkli  Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Berkli Universitetinin kansleri Nicolas Dick  və AzTU-nun rektor əvəzi  Xalıq Yahudov tərəfindən imzalanan memorandum iki ali təhsil müəssisəsi arasında geniş əməkdaşlıq perspektivi yaradıb. 2017-2022-ci illəri əhatə edən memorandum çərçivəsində AzTU-nun professor-müəllim və tələbə heyəti Berkli Universitetində  elmi-tədqiqat işləri aparmaq, eləcə də təhsil almaq  imkanı əldə ediblər. Bundan əlavə memorandumda universitetlər arasında mədəni və elmi-konfranslaın birgə təşkili, qarşılıqlı iştirakı, geniş təcrübə mübadiləsi kimi məsələlər də nəzərdə tutulub. AzTU-nun dosenti Şahnaz Şahbazova bildirib ki, AzTU Berkli Universiteti ilə əməkdaşlıq memorandumu imzalamış ilk Azərbaycan universitetidir. Hərtərəfli inkişaf etmiş, yüksək idarəetmə mexanizminə malik, nüfuzlu elm və təhsil müəssisəsi olan Berkli Universiteti ilə qurulacaq  əlaqələr Azərbaycanda  ixtisaslı mühəndis kadrların hazırlanması işində mühüm addım hesab edilir. Qeyd edək ki, Berkli Universiteti məşhur həmyerlimiz, böyük elm adamı Lütvü-Zadə bu  Universitetdə çalışır.                                   

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştatında yerləşən Berkli  Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Berk ..

2017-02-21
Arxiv

AzTU-da ERASMUS+LPEB layihəsinin növbəti seminarı keçirilib

Müddəti 36 ay olan  Avropa Birliyinin ERASMUS+LPEB layihəsində (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavr hazırlığı) Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə distant təhsil formatında aparılır. Avropanın 9 Universitetində həyata keçirilən layihədə Azərbaycandan üç universitet: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir. Fevralın 14-də layihənin xronoqramına uyğun olaraq “Distant təhsil texnoloji platforması”  mövzusunda AzTU-da növbəti seminar keçirilib. Seminarda İtaliyanın UNİNETTUNO Universitetinin professorları Nicola Paravati və Narko de Marko məruzə ilə çıxış edib. Seminarda layihənin həyata keçirilməsinə mane olan problemlərin aradan qaldırılması, enerji və ekoloji səmərəlilik üzrə mütəxəssislər arasında aparılan sorğu nəticələri və layihə çərçivəsində görüləcək işlərin müzakirəsi aparılıb. Tədbirdə layihənin Azərbaycandan olan tərəfdaş universitetlərindən Azərbaycan Texniki Universiteti, Azərbaycan  Dövlət Memarlıq və İnşaat  Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti iştirak edib. Seminar iki gün davam edərək fevralın 15-də öz işini yekunlaşdıracaq.                                                                             

Müddəti 36 ay olan  Avropa Birliyinin ERASMUS+LPEB layihəsində (Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekologiya səmərəliliyi üzrə açıq və distant təhsil form ..

2017-02-15