Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur.
Tələblər:
· Ali təhsil;
· İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi;
· İngilis dilinin tədrisi üzrə minimum 3 il pedaqoji təcrübə;
· Qüvvədə olan İELTS 7.0 yaxud ona ekvivalent TOEFL sertifikatı;
· İngilis dilində motivasiya məktubu;
· İngilis dili biliyi yaxud tədrisi ilə bağlı digər sertifikatların olması üstünlükdür;
· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
· Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
· Tədqiqatçılıq bacarığı;
· Davamlı, peşəkar, inkişafa maraq.
İşin təsviri:
· Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
· Dərs proqramına uyğun nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;
· Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
· Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
· Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və İELTS sertifikatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 10.07.2024-cü il saat 18:00
Ünvan: Azərbaycan Texniki Universiteti (Bakı, H. Cavid pr. 25)