Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Türkiyə-Azərbaycan Universitetinə sürücü vəzifəsinə vakansiya elan olunur

Türkiyə-Azərbaycan Universitetinə sürücü vəzifəsinə vakansiya elan olunur

2024-10-01
536

Türkiyə-Azərbaycan Universitetinə (TAU) sürücü vəzifəsinə vakansiya elan olunur.  

Əsas vəzifələr:

  • Universitet rəhbərliyinin və digər işçi heyətinin hava limanından qarşılanması və yola salınması;
  • İşçi heyətinin işgüzar səfərlərinin təhlükəsiz və vaxtında həyata keçirilməsi;
  • Universitetin nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət və mütəmadi olaraq yoxlanılması;
  • Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması;
  • Avtomobilin təmir və texniki xidmət planına uyğun olaraq təmir mərkəzlərinə vaxtında aparılması;
  • Universitet tədbirlərində və ezamiyyələrdə nəqliyyat xidməti göstərilməsi;
  • Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi və təhlükəsizlik standartlarının təmin edilməsi;
  • Avtomobilin yanacaq sərfiyyatının uçotunun aparılması və hesabatların təqdim edilməsi.

Tələblər:

  • Orta təhsil;
  • Müvafiq sürücülük vəsiqəsi (B, C kateqoriyası);
  • Sürücü olaraq ən azı 3 il iş təcrübəsi;
  • Yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin texniki xidmət qaydaları barədə biliklər;
  • Nizam-intizamlı, məsuliyyətli və diqqətli olmaq;
  • Azərbaycan dilini bilmək, türk və ingilis dillərini bilmək üstünlükdür. 

Tələblərə uyğun namizədlər müraciətlərini CV və motivasiya məktubu ilə birlikdə mövzu yerində mövcud vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.  

Müraciət üçün son tarix: 15.10.2024