Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə qeydiyyat və tələbələrlə iş qrupu üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Əmək funksiyaları:
1. Məzunlarla bağlı məlumatların Diplom təsdiq sisteminə daxil edilməsi, əlaqəli işlərin görülməsi;
2. Köhnə illərin məzunlarının DTS sisteminə daxil edilməsi;
3. Diplomların Elm və Təhsil Nazirliyindən alınması, əlavələrin dekanlıqlara yönəldilməsi;
4. Dublikat diplomların alınması;
5. Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində tələbələrin hərəkatının (akademik məzuniyyət, xaric olma, bərpa, ixtisas dəyişmə, təhsil forması dəyişmə, soy ad dəyişmə, təhsil ödəniş forması dəyişmə) işlənməsi;
6. Sistem vasitəsi ilə daxil olan məktubların cavablandırılması;
7. ETN-ə müvafiq məzunlarla bağlı məktubların yazılması, əmr layihələrinin hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Rəsmi sənədlərlə işləmə təcrübəsi (arzu olunandır);
- Yüksək yazı qabiliyyəti;
- Yüksək diqqət, məsuliyyət;
- Ünsiyyətqurma bacarığı;
- Sürətli işləmə;
- Komandada işləmə bacarığı.
Müraciət üçün son tarix: 15.04.2024
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Qeydiyyat və tələbələrlə iş qrupu üzrə aparıcı mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.