Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Süni İntellekt və Alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar və vebinar keçiriləcək

“Süni İntellekt və Alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar və vebinar keçiriləcək

2025-04-10
104

AzTU-nun Xarici dillər kafedrası və "Azərbaycanda Alman dilini tədris edən müəllimlər" DLV İctimai Birliyinin təşkilatçılığı ilə məktəb və ali təhsil müəllimləri üçün “Süni İntellekt  və Alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar və vebinar keçiriləcək.

Seminar və vebinar Lətifə Qurbanova və Claudio Kasperi tərəfindən təqdim olunacaq. Təlimin məqsədi “ChatGPT” kimi süni intellekt alətlərinin tədris prosesində daha səmərəli tədbiqini müzakirə etməklə yanaşı süni intellektin ənənəvi tədris yanaşmalarına inteqrasiyası haqqında da fikir mübadiləsi aparmaqdır.

Təlim 19 aprel 2025-ci il tarixində AzTU-nun  Dayanıqlı inkişaf Mərkəzində (6-cı korpus) keçiriləcək.

Saat 10-00-dan 16:00-a qədər davam edəcək təlimdə iştirakçılar üçün nahar fasiləsi təşkil ediləcək.

İştirak etmək istəyənlər ad, soyad, təşkilat adı və telefon nömrəsini [email protected] elektron poçt ünvanına  göndərə bilərlər.

Qeydiyyat üçün son tarix: 16.04.2025

İştirakçı sayı məhduddur!