Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr (yalnız 2-ci və 3-cü kurs) tələbələri “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrində təqaüdlə təhsil ala bilərlər.
Mübadilə proqramına İqtisadiyyat və idarəetmə fakültəsinin bütün ixtisasları üzrə bakalavr tələbələri müraciət edə bilər.
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application form)
· Transkript (minimum ÜOMG 75)
· İngilis dili biliyi (minimum B2 səviyyəsi)
“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 10.12.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48