Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Polşanın Powislanski Universitetində bir həftəlik dərs demək üçün müraciət edə bilər.
Mübadilə 2023/2024-cü tədris ili üçün nəzərdə tutulub, iqtisadiyyat və idarəetmə sahələrini əhatə edir.
Tələb olunan sənədlər:
· Ərizə forması (Application Form)
· CV (ingilis dilində)
· Xarici dil biliyi (ingilis dili, minimum B2 səviyyədə)
“Erasmus+ KA171” Mübadilə Proqramında iştirak etmək istəyən əməkdaşlardan tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri və beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşaraq online qeydiyyatdan keçmələri xahiş olunur.
Müraciət üçün son tarix: 15.11.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48