13 iyun 2024-cü il saat 14:30-da Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının genişləndirilmiş iclasında (AzTU, 5-ci korpus, 416-cı otaq) kafedranın doktorantı, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının saathesabı baş müəllimi Mirhəmid Bağırovun 3327.01.- “Nəqliyyat sistemləri texnologiyası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Şəhərlərdə avtomobil tıxaclarının yaranma səbəbləri və onların aradan qaldırılması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.