Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun MBA proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestrində tədrisi aparılan “Təhlükəsiz DevOps” (ingilis bölməsi) fənni üzrə müəllimlərin işə qəbulu elan olunur.
Tələblər:
· İnformasiya və kommunikasiya texnologiyalarına aid ixtisaslar üzrə ən azı magistr dərəcəsinin olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
· 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.
QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb fariz.mammadov@aztu
Müraciət üçün son tarix: 22.01. 2024