2024/2025-ci tədris ilində magistratura səviyyəsi üzrə pilot qaydada seçilmiş fənlərin tədrisi məqsədilə AzTU Ömürboyu Öyrənmə Məktəbi Yüksək Təhsil İnstitutu ilə birgə müəllimlərin işə qəbulunu elan edir.
Fənnin adı:
· Layihələrin idarə edilməsi (mühazirə) - Azərbaycan, rus və ingilis dillərində
Layihələrin idarə edilməsi fənni üzrə tələblər:
· Fənnin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;
· Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatın ( PMP, IPMA Level D, ISO 21502 ) olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Axşam saatlarında (18:30-21:20 aralığı) tədris aparmaq imkanının olması.
Tələb olunan sənədlər:
· Ətraflı CV;
· Diplomların, beynəlxalq sertifikatların əsli və surəti;
· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatının surəti (xaricdə ingilis dilində magistratura və doktorantura təhsili almış və diplomları Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarında tanınmış (nostrifikasiya olunmuş) namizədlərə şamil edilmir).
Qeyd:
· İşə cəlb edilən müəllimlərin iş prosesində özünü doğrultduğu təqdirdə gələcəkdə AzTU Ömürboyu Öyrənmə Məkətbi ilə daimi əsasda əməkdaşlıq etməsi planlaşdırılır.
Müraciət üçün son tarix: 10.08.2024 saat 18:00
Maraqlanan şəxslər qeyd olunan sənədləri, iddia etdikləri fənnin adı və tədris dilini elektron məktubun “Mövzu” hissəsində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərlər.