Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2024-06-14
532

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Öhdəliklər:

· Kitabxananın iş prosesini dəstəkləyən Avtomatlaşdırılmış Kitabxana Sistemi, Rəqəmsal Repozitariya Sistemi, RFİD təhlükəsizlik sistemlərinin gündəlik iş axışına nəzarət və texniki dəstəyin təmin edilməsi;

· Universitetdə rəqəmsal texnologiyalar və resurslardan istifadəni təşviq etmək üçün həm kitabxana əməkdaşları, həm də universitet heyəti ilə sıx əməkdaşlıq;

· Kitabxana İnformasiya Mərkəzinin (KİM) əməkdaşlarına mərkəzi idaraetmə sistemi, kitabxana texnologiyaları, əməliyyat sistemləri (Windows, Mac və Linux) və digər ofis texnologiyalarının idarə edilməsində texniki dəstəyin göstərilməsi;

· KİM-ə aid veb sayt, jurnal platforması, sosial media kanalları üçün kontent hazırlanması və kontentin idarə edilməsi;

· KİM-ə aid texniki avadanlıqlar olan masaüstü kompüterlər, printerlər, elektron lövhələrin istifadəsində nasazlıqlar yarandıqda texniki dəstəyin təmin edilməsi;

· KİM-in abunə olduğu akademik informasiya bazalarında yaranmış texniki problemlərin araşdılması və texniki dəstək mərkəzi ilə əlaqəli işin aparılması;

· Rəqəmsal texnologiya resurslarından istifadədə məmnunluğunu yüksək səviyyədə saxlamaq üçün informasiya xidməti strategiyaları və təşəbbüsləri hazırlamaq üçün araşdırılmaların aparılması;

· Rəqəmsal texnologiyaların istifadəsi üzrə istifadəçi təlimatlarının hazırlanması və inkişaf etdirilməsi;

· Rəqəmsallaşdırma prosesində beynəlxalq rəqəmsallaşdırma standartları və tələblərinə əməl olunmasını təmin etmək;

· Universitetin təşkil etdiyi təlimlərdə iştirak etmək, yenilikləri KİM əməkdaşları ilə paylaşmaq və mütəmadi olaraq KİM əməkdaşlarını texniki yeniliklər üzrə konsultasiya etmək;

· Rəqəmsal resurslar və xidmətlər üzrə statistik məlumatların kitabxana sistemindən, akademik informasiya bazalarından, rəqəmsal repozitariyadan toplanması KİM rəhbərliyi üçün hesabatların hazırlanması;

· E-poçt, yerində və telefon vasitəsilə avadanlıq və ya proqram təminatı ilə bağlı bəsit sorğuları cavablandırmaq. 

Tələblər: 

· Kitabxana informasiya və ya informasiya texnologiyaları sahəsi üzrə bakalavr təhsili;

· Kitabxana və ya informasiya sektorunda təcrübəsi arzuolunandır;

· Kitabxana informasiya texnologiyaları, sistemləri, məhsulları və rəqəmsallaşdırma texnologiyaları haqqında biliklər;

· Microsoft və Linux proqram sistemləri və avadanlıqları, sosial media platformaları və veb-əsaslı kommunikasiya alətləri haqqında biliklər;

· İctimaiyyətlə işləmək bacarığı;

· Komanda ilə və fərdi şəkildə işləmək bacarığı;

· Həmkarlarına kömək etmək, dəstəkləmək və ideyalar vermək;

· Rahatlıqla ünsiyyət qurmaq bacarığı, analitik və təşkilatçılıq bacarıqlarının olması;

· Problem həlletmə, analitik düşüncə və təşəbbüs ala bilmə bacarıqlarının olması;

· İngilis dilində sərbəst danışıq;

· Universitetin digər şöbə və mərkəzləri ilə əməkdaşlıq, nəzakətli iş münasibətlərini qorumaq və inkişaf etdirmək üçün yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix30.06.2024