Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Karyera və Məşğulluq Mərkəzinə məzunlarla iş üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Karyera və Məşğulluq Mərkəzinə məzunlarla iş üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2024-08-06
775

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə məzunlarla  iş üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

· Ali təhsil: (İnsan resursları, idarəçilik, iqtisadiyyat və ya müvafiq sahə üzrə magistr dərəcəsi);

· Təhsil və karyera sahəsində gənclərlə iş üzrə minimum 1 il təcrübə;

· Azərbaycan və ingilis dilini bilmək (rus dili arzuolunandır);

· Kompüter bilikləri (MS Office proqramları);

· Təhsil sahəsində özünü inkişaf etdirmək istəyi;

· Yüksək ünsiyyət bacarıqlarının olması;

· Təlim keçməklə bağlı təcrübə.

İşin təsviri:

· Məzunlara karyera xidmətlərinin göstərilməsi;

· Universitetin məzun platformasının idarə edilməsi;

· Məzunlarla konsultasiyaların təşkil olunması;

· Məzunların ehtiyacı olan təlimlərin təyin olunması, təşkili və yönləndirilməsi;

· Məzunların inkişafı üçün təyin olunan innovativ fikirlərin müzakirəsi və tətbiqi;

· Məzun məlumat bazasının mütəmadi olaraq yenilənməsi;

· Vakansiyaları davamlı olaraq izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək;

· Universitetdə karyera günləri və sərgilər təşkil etmək;

· Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların məzunlarla görüşlərini təşkil etmək;

· Məzun günlərinin təşkilinə və keçirilməsinə köməklik göstərmək;

· Xarici trendlərin izlənilməsi və tətbiq olunması;

· Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;

· Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 30.08.2024-cü il saat 18:00