2023/2024-cü tədris ilində Polşanın Powislanksi Universitetində bir semestr müddətinə (payız və ya yaz semestri) təhsil almaq istəyən bakalavr tələbələri “Erasmus+ KA171” mobillik proqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edə bilərlər.
Mobillik aşağıda qeyd olunan ixtisasları əhatə edir:
· Biznesin idarə edilməsi
· İqtisadiyyat
· Menecment
Növbəti tədris ili üçün Powislanksi Universitetində tədris olunacaq fənlərin siyahısını aşağıdakı linkdən əldə edə bilərsiniz:
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application Form)
· Transkript – minimum ÜOMG 75
· İngilis dili biliyi (B2 səviyyəsini təsdiq edən sertifikatın olması arzuolunandır)
· Motivasiya məktubu (ingilis dilində)
Mobillikdə iştirak etmək istəyən tələbələrdən lazımi sənədləri 26.06.2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.