Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 həftəlik dərs demək üçün müraciət edə bilər.
Qeyd edək ki, Roma Sapienza Universitetində tədrisi aparılan ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun tam və ya yarım ştatlı müəllimi olmaq;
- Ərizə forması (Application Form);
- Sapienza Universitetinin müvafiq kafedrasından tarixlər qeyd olunmaqla 2 həftə müddətinə dəvət məktubu (https://www.uniroma1.it/it/pagina/composizione-collegio);
- CV (ingilis dilində);
- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· Dəvət məktubu təqdim etməyənlər qeydiyyatdan keçirilməyəcək.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
Müraciət üçün son tarix:01.10.2024
Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48