Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Roma Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 01.10.2024
Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48