Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Çində beynəlxalq düşərgə proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!

Çində beynəlxalq düşərgə proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!

2026-04-27
99

Çinin aparıcı universitetlərindən biri olan Sias Universitetinin təşkil etdiyi “2026 Discovery Camp: Experience Amazing China” adlı beynəlxalq düşərgə proqramına müraciətlər qəbul olunur. Proqrama AzTU-nun bakalavr tələbələri (18 yaşını tamamlamış) müraciət edə bilər. Proqrama yalnız iki nəfər tələbə seçiləcək. 

Proqram çərçivəsində həyata keçirilməsi nəzərədə tutulan fəaliyyətlər:

· Mədəniyyətlərin mübadiləsi sessiyaları;

· Liderlik bacarıqlarının inkişafı və komanda quruculuğu üzrə seminarlar;

· Beynəlxalq iştirakçılarla sosiallaşma və şəbəkələşmə tədbirləri;

· Tarixi və mədəni irs məkanlarına mədəni ekskursiyalar;

· Çin tarixi, dili, mədəniyyəti və iqtisadiyyatı haqqında mühazirələr;

· Sənaye və korporativ səfərlər;

· Pekin və Şanxaya turlar.

Proqramın müddəti:

2 həftə – 16-28 iyul 2026

Ödəniş və xərclər:

· Təyyarə biletləri, Sias Universitetində (Çjençjou) qonaqlama və yemək xərcləri, Pekin və Şanxay turu tələbənin özü tərəfindən qarşılanacaq.

· Pekin və Şanxay turunun ödənişi 798 ABŞ dolları təşkil edəcək.

Ödənişə daxildir: Pekin və Şanxayda yerli nəqliyyat, qonaqlama və yemək

Ödənişə daxil deyil: Qatar biletləri (Pekin-Çjençjou-Şanxay)

· Tələbələr proqrama daxil olan aşağıdakı xidmətlərin ödənişindən azad olacaqlar:

Seminarlarda iştirak, proqram materialları və hava limanından transfer xidməti

Müraciət üçün tələb olunan sənədlər:

· Ərizə forması (Application Form);

· İmzalı və möhürlü transkript (ÜOMG minimum 75 bal);

· İngilis dili biliyini təsdiq edən serifikat (minimum B2 səviyyəsi).

Müraciət:

Proqramda iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 20.05.2026 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]