Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun müxtəlif fakültələrinə tyutor vəzifəsi üzrə vakansiya elan edilir

AzTU-nun müxtəlif fakültələrinə tyutor vəzifəsi üzrə vakansiya elan edilir

2024-07-31
2680

Azərbaycan Texniki Universitetinin (AzTU) aşağıda adları qeyd olunan fakültələrinə tyutor vəzifəsinə vakansiya elan edilir.

· Metallurgiya və materialşünaslıq fakültəsi

· İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

· İqtisadiyyat və idarəetmə fakültəsi

· Alman mühəndislik fakültəsi

· Qiyabi və Distant Təhsil Mərkəzi

Tələblər:

· Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi);

· Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);

· Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

 · Ms Office proqramları üzrə biliklər;

· Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək. 

Vəzifə öhdəlikləri:

· Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir;

· Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir;

· Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir;

· İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir;

· Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir;

 · Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir;

· İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir;

· Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir;

· Yay semestrinin təşkilində iştirak edirlər.

Bilməlidir:

· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;

· Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; · Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;

· Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını;

· Tədris planlarının və proqramlarının tərtibini;

· Tələbələrlə davranış qaydalarını;

· Tələbələrlə işin psixoloji xüsusiyyətləri. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 10.08.2024