Azərbaycan Texniki Universitetinin (AzTU) İmtahan Mərkəzinə böyük mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil:
· Təhsil sahəsi üzrə minimum 2 il təcrübə;
· Azərbaycan və rus dilini bilmək (ingilis dili arzuolunandır);
· Kompüter bilikləri (MS Office proqramları);
· Təhsil sahəsində özünü inkişaf etdirmək istəyi;
· Yüksək ünsiyyət bacarıqlarının olması;
· Təlim keçməklə bağlı təcrübə.
Bilməlidir:
· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
· Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
· Tədris planlarının və proqramlarının tərtibini;
· Tədris planı, tədris proqramları və digər metodiki sənədlərin işlənib hazırlanması prinsipləri və qaydalarının hazırlanması;
· Tələbələrlə davranış qaydalarını;
· Tələbələrlə işin xüsusiyyətləri.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2024