Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun Hüquq şöbəsinə aparıcı hüquqşünas vəzifəsinə vakansiya elan olunur

AzTU-nun Hüquq şöbəsinə aparıcı hüquqşünas vəzifəsinə vakansiya elan olunur

2024-05-24
679

Azərbaycan Texniki Universitetində (AzTU) Hüquq şöbəsinə aparıcı hüquqşünas vəzifəsinə vakansiya elan olunur.

Öhdəliklər:

  • Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi,
  • Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
  • Universitetin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
  • Universitetin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və ya onlara hüquqi rəy verilməsi.

 

Tələblər:

  • Ali hüquq təhsili;
  • Hüquq sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil, mülki və inzibati prosessual qanunvericilik biliyi;
  • Hüquqi sənədləri tərtib etmək qabiliyyəti;
  • Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı;
  • İngilis dili biliyi olanlara üstünlük veriləcək.

 

Əmək şəraiti:

  • 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 17:30-dək; nahar fasiləsi: 13:00-13:30.
  • İş yeri: Azərbaycan Texniki Universiteti. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr 25.
  • Əmək haqqı: müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.                                                              

Müraciət üçün son tarix: 30.06.2024-cü il saat 18:00