Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya Tədris Mərkəzinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
- Ali təhsil (magistratura səviyyəsi);
- Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;
- Ms Office və s. (əgər varsa) proqramlar üzrə biliklər;
- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.
Əmək funksiyaları:
- Strukturun (mərkəzin) illik iş planının hazırlanmasına və icrasına nəzarət etmək;
- Növbəti tədris ili üçün işçi tədris planlarının və tədris yüklərini hazırlamaq;
- İmtahan cədvəllərinin hazırlanması prosesində iştirak etmək;
- Tədris planına uyğun dərs cədvəllərinin hazırlanmasında iştirak etmək;
- Mühazirə və imtahan sessiyasının keçirilməsi ilə bağlı təşkilati tədbirləri icra etmək;
- Tədrislə bağlı normativ sənədlərin, metodiki tövsiyyələrin icrasını təşkil etmək;
- İmtahanların təşkilində iştirak etmək;
- Kredit sistemi və ümumilikdə tədrislə bağlı qaydalarla tələbələri yaxından tanış etmək;
- Hesabat blanklarının (tələbə bileti, arayış- çağırış və s.) və dövlət nümunəli sənədlərin ( diploma əlavə, akademik arayış) alınması, doldurulması və saxlanılmasını təşkil etmək;
- Tələbələrin bərpası və köçürülməsi ilə bağlı sənədləri və xidməti məruzələri hazırlamaq.
Maaş: 650 AZN (Gross)
Müraciət üçün son tarix: 24.10.2023
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.