Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “AzTU Gəncləri-2025” layihəsinə start verilib.
Layihənin məqsədi:
- Universitetdə çalışan gənc əməkdaşların əməyinin stimullaşdırılması;
- Gənclərin elmə təşviqi;
- Gənclərin şəxsi inkişaflarının dəstəklənməsi;
- Gənclərin idealarının dəstəklənməsi;
- Gənclərin liderlik, innovasiya və problem həlletmə bacarıqlarının inkişaf etdirilməsi;
- Universitetdə çalışan gəncləri bir araya gətirərək sosial əlaqə qurmaq;
- Gənclərin əməyinin stimullaşdırılması.
Layihənin hədəf kütləsi:
- Universitetdə çalışan bütün gənclər.
Layihənin formatı:
Layihə haqqında 2 həftə əvvəldən universitetin saytında və Həmkarlar İttifaqı Komitəsinin sosial media hesablarında elanlar paylaşılır və AzTU-da çalışan əməkdaşlar il ərzində fəaliyyətlərini şərtlərə uyğun olaraq elektron qaydada komitəyə təqdim edirlər.
Meyarlar:
- Gəncin il ərzində namizədlik və ya doktorluq dissertasiyası müdafiə etməsi;
- Gəncin indeksli jurnallarda məqalə çapı, dərslik və ya dərs vəsaiti hazırlaması (müəllif və ya həmmüəllif olması);
- Gəncin kollektivin inkişafına verdiyi dəstək (komanda ilə iş bacarığı, qurumun imicinə verdiyi töhfə);
- Gəncin Həmkarlar İttifaqı Komitəsinin və universitetin ictimai həyatında, tədbirlərində fəal iştirakı;
- Gəncin nizam-intizamı.
Qeyd olunan meyarlara uyğun namizədlərdən sənədlərini 24 yanvar 2025-ci il tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Nominasiyalar:
I yer- AzTU-da ilin gənci
II yer – AzTU-da ilin peşəkar gənci
III yer – AzTU -da İlin gələcək vəd edən gənci
Qalib və mükafatçılara Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatının verilməsi nəzərdə tutulur.
Əlaqə: +99412 5391238
E-mail: [email protected]