Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU fakültələrinə tədris işləri üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

AzTU fakültələrinə tədris işləri üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

2024-06-13
952

Azərbaycan Texniki Universitetinin (AzTU) fakültələrinə tədris işləri üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur. 

Fakültələr:

1. Nəqliyyat və logistika 

2. Energetika və avtomatika 

3. Metallurgiya və materialşünaslıq 

4. Maşınqayırma və robototexnika 

5. İnformasiya və telekommunikasiya texnologiyaları 

6. Xüsusi texnika və texnologiya 

7. İqtisadiyyat və idarəetmə 

Tələblər:

· Fakültənin profilinə uyğun baza təhsili (Magistr təhsili),

· Elmi dərəcə və (və ya) elmi ad (arzuolunandır);

· AR təhsil qanunvericiliyi və AzTU-nun təhsil sistemi haqqında mükəmməl biliklərə malik olmaq;

· Avropa təhsil məkanına aid ali təhsillə bağlı qaydalardan, prinsiplərdən xəbərdar olmaq;

· Ən azı 3 il elmi-pedaqoji təcrübə;

· Tədris modeli, tədris strategiyaları, metodları və texnikalarının seçilməsi və tətbiq edilməsi;

· Liderlik və idarəetmə bacarığı;

· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə, yüksək kommunikasiya bacarığı;

· Ms Office (word, excel, powerpoint) proqramlarında işləmək bacarığı. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 08.08.2024-cü il saat 18:00

Ünvan: Azərbaycan Texniki Universiteti (Bakı, H.Cavid pr.25)