Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

AzTU-da sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur

2024-07-03
956

Azərbaycan Texniki Universitetinin (AzTU) fakültələrinə sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini vəzifəsinə vakansiya elan olunur. 

Fakültələr:

1. Nəqliyyat və logistika fakültəsi

2. Energetika və avtomatika fakültəsi

3. Metallurgiya və materialşünaslıq fakültəsi

4. Maşınqayırma və robototexnika fakültəsi

5. İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

6. Xüsusi texnika və texnologiya fakültəsi

7. İqtisadiyyat və idarəetmə fakültəsi 

Tələblər:

- Fakültənin profilinə uyğun baza təhsili (Magistr təhsili);

- Elmi dərəcə və (və ya) elmi ad arzuolunandır;

- Avropa təhsil məkanına aid ali təhsillə bağlı qaydalardan, prinsiplərdən xəbərdar olmaq;

- Ən azı 3 il elmi-pedaqoji təcrübə;

- Sosial layihələrdə iş təcrübəsi;

- Tələbələrin sosial təcrübə keçməsinin təşkili;

- Liderlik və idarəetmə bacarığı;

- İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

- Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə, yüksək kommunikasiya bacarığı;

- Ms Office (word, excel, powerpoint) proqramlarında işləmək bacarığı. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 08.08.2024-cü il saat 18:00

Ünvan: Azərbaycan Texniki Universiteti (Bakı, H. Cavid pr. 25)