AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
“Azərbaycan Texniki Universiteti” Publik Hüquqi Şəxsi
kafedralar üzrə aşağıdakı vakant vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR:
Enerji effektivliyi və yaşıl enerji texnologiyaları - kafedra müdiri
Kompüter texnologiyaları - kafedra müdiri
Müsabiqədə iştirak etmək üçün sənədlər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.02.2018-ci il tarixli F-100 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Azərbaycan Texniki Universitetinin 27 dekabr 2022-ci il tarixli Elmi Şura iclasında qəbul olunmuş “Akademik strukturda seçkilərin keçirilməsi üzrə meyar və tələblər”ə uyğun olaraq, elan olunduğu gündən etibarən 1 ay müddətində qəbul edilir.
Ünvan: AZ 1073, Bakı şəhəri, H.Cavid prospekti 25.
REKTORLUQ