Ana səhifə Elanlar AzTU-da magistratura səviyyəsinə qəbul olunanların nəzərinə!
AzTU-da magistratura səviyyəsinə qəbul olunanların nəzərinə!
2022-07-14
842
Azərbaycan Texniki
Universitetinin (AzTU) magistratura səviyyəsinə qəbul olunan namizədlər iyulun
15-dən 25-dək https://portal.edu.az/ platformasından qeydiyyatdan keçərək tələb olunan sənədləri sistemə yüklədikdən
sonra aşağıda göstərilən sənədləri universitetə təqdim etməklə müqavilə
bağlamalıdırlar:
1. Diplomun (əlavəsi ilə birlikdə) surəti və notarial təsdiqi (bakalavr təhsilini əvvəlki
illərdə bitirənlər) – 2 nüsxə;
2. Cari ilin məzunları tərəfindən universiteti
bitirdikləri haqqında arayış – 1 nüsxə;
3. Şəxsiyyət vəsiqəsinin surəti – 3 nüsxə;
4. 3x4 ölçüdə rəngli fotoşəkil - 3 ədəd;
5. Hərbi biletin və hərbi xidmətdə olmayanlar
üçün çağırışçı vəsiqəsinin (ağ bilet) surəti (bütün səhifələrin surətini
çıxarmaqla) – 2 nüsxə;
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil
alanlar üçün) surəti – 1 nüsxə;
7. Müqavilə (AzTU-nun Yüksək Təhsil İnstitutunda
(Magistratura şöbəsi) rəsmiləşdirilir);
8. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən
sənəd (namizədin şəxsi kabinetindən çap edilir) – 1 nüsxə.
İmtiyazlı (təhsil haqları dövlət
vəsaiti hesabına ödəniləcək) bakalavrlar tərəfindən əlavə olaraq tələb olunan sənədlər:
1. Məcburi köçkünlər.
- Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın məcburi köçkün vəsiqəsinin
notarial qaydada təsdiq edilmiş surəti;
2. Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil
olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü
uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən
ölmüş elan edilən vətəndaşların uşaqları.
- Valideynin Azərbaycan Respublikasının
azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını,
hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan
edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq
edilmiş surəti və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin
notarial qaydada təsdiq edilmiş surəti.
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.
- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin
(ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin
notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın şəhid ailəsi üzvü olduğunu təsdiq
edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd:
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər
haqqında" AR qanununun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri hesab edilən şəxslər
bunlardır:
Peşə təhsili, orta ixtisas təhsili,ali
təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar (Ər-arvad, valideyn,
övladları, qardaşlar və bacılar) isə həmin təhsil müəssisələrini və elmi təşkilatın
magistratura səviyyəsini bitirənədək (ən çoxu 23 yaşına çatanadək);
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan
Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki
valideynin himayəsindən məhrum olmuş və
ya bir valideyni vəfat etmiş, digər valideyni isə I və II dərəcə əlil olan 23
yaşınadək şəxslər.
- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin
notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərdən birinin vəfat etdiyini təsdiq
edən sənədin, digər valideynin isə I yaxud II dərəcə əlil olduğunu təsdiq edən
sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin
notarial qaydada təsdiq edilmiş surəti.
5. I və II dərəcə əlilliyi
olan şəxslər.
- Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın əlilliyini təsdiq edən sənədin
(elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.
Daha ətraflı məlumat üçün:
AzTU Yüksək Təhsil İnstitutu
E-poçt: [email protected]
Tel: (012) 538-94-40