Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da Karyera sərgisi keçiriləcək

AzTU-da Karyera sərgisi keçiriləcək

2025-04-11
167

 

Hörmətli tələbə və məzunlar!

Sizi 23 aprel 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində təşkil olunacaq Karyera sərgisində iştirak etməyə dəvət edirik.
Sərgidə “FMG”, “Azercell”, “Azərbaycan Dəmir Yolları” QSC, “Gəmiqayırma Zavodu” MMC, “Bakcell”, “ABB”, "Mərkəzi Bank", “Azərişıq” ASC, “Coca-Cola Bottlers Azerbaijan” və digər tanınmış dövlət qurumları və özəl şirkətlər də daxil olmaqla ümumilikdə 100-ə yaxın müəssisə iştirak edəcək.

Tədbir çərçivəsində iştirakçılara təqdim olunacaq:
• İxtisas və maraq dairənizə uyğun vakant iş yerləri haqqında məlumat;
• Müxtəlif təcrübə və təqaüd proqramları barədə təqdimatlar;
• Müəssisələrlə birbaşa ünsiyyət imkanı və karyera perspektivləri. 

Məkan: AzTU-nun İdman sarayı
Saat: 10:00 – 13:00
Qeydiyyat üçün son tarix: 23.04.2025
Qeydiyyat linki: https://shorturl.at/ed91r

Qeyd: Sərgidə iştirak etmək üçün qeydiyyat zəruridir. Tədbirə gələn zaman CV-nizi özünüzlə gətirməyiniz xahiş olunur.
Əgər CV-niz yoxdursa, onu hazırlamaq üçün AzTU-nun Karyera və Məşğulluq Mərkəzinə (Əsas korpus, otaq 310) müraciət edə bilərsiniz.


Əlavə məlumat üçün:
Tel.: (+994 50) 261 38 16
E-poçt: [email protected]