Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da elektrik vəzifəsi üzrə vakansiya elan olunur

AzTU-da elektrik vəzifəsi üzrə vakansiya elan olunur

2025-02-24
349

Azərbaycan Texniki Universitetində (AzTU) elektrik vəzifəsi üzrə vakansiya elan olunur.

Tələblər:

Elektrik mühəndisliyi, elektrotexnika və ya oxşar sahədə orta ixtisas və ya ali təhsil;

Elektrik avadanlıqları və naqillərlə işləmə təcrübəsi (ən azı 3 il);

Elektrik sxemlərini oxuma və tətbiqetmə bacarığı;

Təhlükəsizlik qaydalarına dair biliklər (4-cü və ya 5-ci dərəcəli elektrik vəsiqəsi üstünlükdür);

Komanda ilə iş bacarığı;

Məsuliyyətli, operativ və texniki problemləri həlletmə bacarığı. 

Öhdəliklər:

Universitetin tədris binalarında və inzibati korpuslarında elektrik avadanlıqlarını quraşdırmaq və təmir etmək;

Elektrik sistemlərinin daim işlək vəziyyətdə olmasını təmin etmək;

Elektrik naqillərinin çəkilməsi və texniki baxışını aparmaq;

Elektrik şəbəkəsində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;

Mövcud avadanlıqları və qurğuları təhlükəsizlik qaydalarına uyğun yoxlamaq;

Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 02.03.2025