Mayın 8-də Azərbaycan Texniki Universitetinin (AzTU) və T. H. Şevçenko adına Çerniqov Milli Universitetinin Çerniqov Kollecinin (Çerniqov, Ukrayna) tələbələri virtual mədəniyyət mübadiləsi görüşündə iştirak edəcəklər.
AzTU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədləri:
1. Beynəlxalq əməkdaşlığı gücləndirmək,
2. Tələbələr arasında qlobal əlaqələri genişləndirmək, ingilis dili bacarıqlarını inkişaf etdirməkdir.
Bu mədəniyyət mübadiləsi tələbələrin bir-birinin mədəniyyəti ilə tanış olmasına, qarşılıqlı anlaşmanın və qlobal vətəndaşlıq hissinin formalaşmasına töhfə verəcək.
Maraqlı və faydalı təşəbbüs nəticəsində qurulacaq dostluq və əməkdaşlıqları səbirsizliklə gözləyirik!